Avropa İttifaqının sərhədlərini açdığı ölkələr açıqlanıb

Avropa İttifaqı (Aİ) Şurası iyul ayının 1-dən vətəndaşları üçün sərhədlərini açacağı ölkələrin siyahısını razılaşdırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Iyul 2020, 09:45

Avropa İttifaqı (Aİ) Şurası iyul ayının 1-dən vətəndaşları üçün sərhədlərini açacağı ölkələrin siyahısını razılaşdırıb.

 

İnterAz xəbər verir ki, həmin ölkələr Avstraliya, Cənubi Koreya, Əlcəzair, Gürcüstan, Kanada, Mərakeş, Monteneqro, Ruanda, Serbiya, Tailand, Tunis, Uruqvay, Yaponiya, Yeni Zelandiyadır.

 

Həmçinin bildirilib ki, qarşılıqlı şəkildə olacaqsa, Çinlə də sərhədlər açıla bilər.