Putin: Rusiya ölkəyə miqrant axınında maraqlıdır

Rusiya Federasiyası miqrant axınının artmasında maraqlıdır, ölkədə tezliklə işçi çatışmazlığı olacaq, bu isə iqtisadi böyüməyə ciddi maneə törədir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Iyul 2020, 10:16

Rusiya Federasiyası miqrant axınının artmasında maraqlıdır, ölkədə tezliklə işçi çatışmazlığı olacaq, bu isə iqtisadi böyüməyə ciddi maneə törədir.

 

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin ölkənin əsas qanununa düzəlişlərin hazırlanması ilə bağlı işçi qrupunun üzvləri ilə görüşdə açıqlayıb.

 

"Rusiyanın yeni vətəndaşların axınına ehtiyacı var. Rusiyada iqtisadiyyatın inkişafı ilə işçi qıtlığı var, tezliklə çox nəzərə çarpacaq və bu ölkədə iqtisadi böyüməni məhdudlaşdıran amildir", Putin deyib.