Gürcüstan Azərbaycanla sərhədlərin açılması üçün şərtini açıqlayıb

Əgər Gürcüstanın ənənəvi turizm bazarlarında koronavirus məğlub edilərsə və nisbətən təhlükəsiz temp əldə edilərsə qonşu ölkələrlə sərhədlər açıla bilər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Iyul 2020, 17:59

Əgər Gürcüstanın ənənəvi turizm bazarlarında koronavirus məğlub edilərsə və nisbətən təhlükəsiz temp əldə edilərsə qonşu ölkələrlə sərhədlər açıla bilər.

 

İnterAz-ın Gürcüstan mətbuatına istinadla verdiyi xəbərə görə, bunu ölkənin maliyyə naziri İvan Maçavariani açıqlayıb.

 

Nazir bildirib ki, Gürcüstan ölkədəki epidemioloji vəziyyəti riskə ata bilməz. 

 

Onun sözlərinə görə, risk və potensial fayda tarazlaşdırılmaldır, əks təqdirdə Gürcüstan risk altına düşə bilər.

 

"Gürcüstanın turizmdən əldə etdiyi gəlirin 80 faizi qonşu ölkələrdən gəlir. Keçən il biz Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədən bir milyondan çox turist qəbul etdik", o deyib.