Rusiyada koronavirus peyvəndinin sınaqlarının yekun mərhələsi keçirilir

...Peyvənd sınağından keçən ilk könüllülər, yoxlama testləri keçdikdən sonra iyulun 15-də buraxılacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Iyul 2020, 09:30

Qamaley adına Milli Araşdırma Mərkəzi və Rusiya Müdafiə Nazirliyi tərəfindən birgə həyata keçirilən COVID-19 peyvəndinin kliniki sınaqlarının son mərhələsi başlayıb.

 

İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə hərbi qurum məlumat yayıb.

 

Sınaqlar 18 iyun tarixində başlayıb. Sınaqların doqquz iştirakçısına peyvəndin bir komponenti, digər doqquzuna ikincisi komponenti verilib.

 

Daha sonra, iyunun 23-də vaksin daha 20 könüllüyə verilib.

 

Peyvənd sınağından keçən ilk könüllülər, yoxlama testləri keçdikdən sonra iyulun 15-də buraxılacaq.

 

Hazırda onların vəziyyətləri yaxşıdır.