ABŞ-da son sutkada COVID-19-a yoluxmuşların sayı rekord həddə çatıb

... son gündə 63 min insan koronavirusa yoluxub, 900-dən çox insan isə ölüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Iyul 2020, 16:46

ABŞ-da son sutkada koronavirusa rekord sayda insan yoluxub. Məlumata əsasən, son gündə 63 min insan koronavirusa yoluxub, 900-dən çox insan isə ölüb.

 

İnterAz xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

 

Universitetdən verilən məlumata görə, son 24 saat ərzində ölkədə 63 247 yoluxma hadisəsi qeydə alınıb.

 

Bir gün əvvəl bu göstərici 58 601 və 820 olub.

 

Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da ümumilikdə 3,118,168 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 133 mindən çox insan ölüb.

 

969 mindən çox yoluxmuş insan sağalıb.