Səudiyyə Ərəbistanında son sutkada koronavirusdan 51 nəfər ölüb

...Səudiyyə Ərəbistanında yoluxmuşlardan 161 mini sağalıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Iyul 2020, 17:02

Səudiyyə Ərəbistanında son 24 saat ərzində koronavirusun Covid-19 növündən 51 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 2,100-ə çatıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi bəyan edib.

 

Bildirilib ki, son sutkada ölkədə koronavirusun Covid-19 növündən 51 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 2,100-ə çatıb.

 

Əlavə edilib ki, son 24 saat ərzində ölkədə 3159 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 223,327-ə çatıb.

 

Səudiyyə Ərəbistanında yoluxmuşlardan 161 mini sağalıb.

 

Bildirək ki, Səudiyyə Ərəbistanında bu il həcc mərasimi pandemiyaya görə yalnız daxildən olan və sayı maksimum 10 minə çata biləcək zəvvarlar vasitəsilə keçiriləcək.