Suriya beynəlxalq təşkilatın kimyəvi hücumla bağlı hesabatını siyasi oyun adlandırıb

Rəsmi Dəməşq Kimyəvi Silahları Qadağan edən Təşkilatın Suriyada kimyəvi hücumla bağlı hesabatını siyasi addım adlandırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 10:32

Rəsmi Dəməşq Kimyəvi Silahları Qadağan edən Təşkilatın Suriyada kimyəvi hücumla bağlı hesabatını siyasi addım adlandırıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Suriyanın Kimyəvi Silahları Qadağan edən Təşkilatdakı nümayəndəsi Bəssam Sabbağ deyib.

 

Suriya rəsmisi sözügedən beynəlxalq təşkilatın icraiyyə komitəsinin son qərarına toxunub və onu tamamilə saxta və siyasi qərar adlandırıb.

 

Beynəlxalq təşkilatın 2017-ci ildə Suriyanın ət-Taminə bölgəsində hökumət qüvvələri tərəfindən kimyəvi silahdan istifadə edilməsilə bağlı iddiasını kəskin tənqid edib və bildirib ki, bu hesabatın əsasında bölgədə olan radikal terror qruplaşmalarının səhnələşdirdiyi qeyri gerçək olaylar durur.