İraq İranla sərhəddə yerləşən əyalətdə İŞİD-in gizli sığınacaqlarına qarşı əməliyyata başlayıb

İraq Ordusu İranla sərhəddə yerləşən Diyala əyalətində İŞİD terror təşkilatının gizli sığınacaqlarına qarşı əməliyyata başlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 11:12

İraq Ordusu İranla sərhəddə yerləşən Diyala əyalətində İŞİD terror təşkilatının gizli sığınacaqlarına qarşı əməliyyata başlayıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İraq Ordusu bu gün Diyala əyalətində təhlükəsizliyin tam bərpa etmək məqsədilə İŞİD terror təşkilatının gizlin sığınacaqlarına qarşı əməliyyata başlayıb.

 

Məlumata görə İraq baş nazirinin göstərişi ilə başlayan bu bu əməliyyat 17,685 kvadrat km ərazidə aparılacaq.

 

Qeyd edək ki, İraqda koronavirusla bağlı karantin rejimi başlayandan sonra İŞİD terror təşkilatı ölkənin şimal əyalətlərində fəal olmağa başlayıb.