İtaliyada koronavirusa yoluxan aktiv xəstələrin sayı azalır

...İtaliyada son sutkada 12 nəfər koronavirusdan vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 12:25

İtaliyada son sutkada 12 nəfər koronavirusdan vəfat edib.

 

İnterAz-ın AA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Mülki Müdafiə Departamenti məlumat yayıb.

 

Bildirilib ki, ölkə üzrə ölüm hadisələrinin sayı 34 938-ə çatıb, koronavirusa yoluxan aktiv xəstələrin sayı 13 428-ə enib.

 

Son 24 saat ərzində cəmi 276 yeni yoluxma qeydə alınıb.

 

194 273 nəfər sağalaraq evə buraxılıb.

 

Bu günə qədər ölkə daxilində 5,85 milyondan çox insan test edilib.