Səudiyyə Ərəbistanı koalisiyası son sutkada Yəmənə 50-dən çox aviazərbə endirib

...son sutka ərzində Yəmənin Mərib və əl-Couf əyalətlərinə 39 hava zərbəsi endirilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 12:32

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya son sutka ərzində Yəmənin müxtəlif əyalətlərinə 50-dən çox hava zərbəsi endirib.

 

İnterAz SalamNews-a isitinadla xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələri bəyanat verib.

 

Bildirilib ki, son sutka ərzində Yəmənin Mərib və əl-Couf əyalətlərinə 39 hava zərbəsi endirilib.

 

Yəmənin paytaxtı Səna və ətraf rayonlarına iki hava zərbəsi, Səudiyyə ilə sərhəddə yerləşən Səda əyalətinin rayonlarına isə 12 hava zərbəsi endirilib.

 

Bu hava zərbələrində ölən və yaralananların olduğu, eləcə də xüsusi və ümumi əmlaka ciddi ziyanların dəydiyi bildirilib.