ABŞ-da bir gün ərzində rekord sayda 63,2 min nəfər koronavirusa yoluxub

... son iki həftə ərzində ABŞ-ın 39 ştatında yoluxma halları artıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 12:45

ABŞ-da bir gün ərzində yeni koronavirusa yoluxma hallarının sayı rekord həddə çataraq 63 min nəfəri keçib.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Con Hopkins Universitetinin internet səhifəsində cümə günü yerləşdirilmiş məlumatda bildirilir.

 

“The New York Time” qəzetinin məlumatına görə, isə son iki həftə ərzində ABŞ-ın 39 ştatında yoluxma halları artıb.

 

Con Hopkins Universitetinin məlumatına görə, ABŞ koronavirusa yoluxanlar (3,17 milyon) və ölənlərin (133 969 nəfər) sayına görə  dünyada liderdir.