Yaponiyada leysan yağışları fəsadlar törədib

...Yaponiyada yağan leysan yağışlar nəticəsində 47 prefekturanın (əyalətin) 19-da azı 12 600 bina zədələnib.

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 12:58

Yaponiyada yağan leysan yağışlar nəticəsində 47 prefekturanın (əyalətin) 19-da azı 12 600 bina zədələnib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, ən çox ziyan ölkənin cənub-qərbindəki Kyuşu adasında yerləşən Kumamoto əyalətinə dəyib.

 

Son 6 gündə adıçəkilən adada leysan yağışlarının əmələ gətirdiyi daşqın və torpaq sürüşmələri nəticəsində 66 nəfər ölüb, 16 nəfər isə itkin düşüb. Hökumət bütövlükdə 2 milyondan artıq sakinin təxliyəsi barədə qərar verib.