Həmas Türkiyənin Ayasofya ilə bağlı qərarını alqışlayıb

"Həmas" Türkiyənin Ayasofyanın statusunu muzeydən məscidə dəyişdirmək qərarını alqışlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 13:01

"Həmas" Türkiyənin Ayasofyanın statusunu muzeydən məscidə dəyişdirmək qərarını alqışlayıb.

 

İnterAz bu barədə "Anadolu"ya istinadən xəbər verir.

 

"Ayasofyanın namaz üçün açılması, bütün müsəlmanların fəxr edə biləcəyi bir addımdır", Həmasın sözcüsü Rafet Murra deyib.

 

Murranın sözlərinə görə, ərəb dünyasındakı bəzi rəsmi dairələr Türkiyənin Ayasofya ilə bağlı qərarından çox məyus olub.

 

O qeyd edib ki, məhz bu insanlar İsrail Əl-Əqsa məscidinə qarşı təxribatlar törədəndə təşvişə düşmədilər.

 

"Onlar sionistlər Qüdsdəki Qübbət əl-Səhra məscidinə hücum edərkən  üzülmədi. İşğalçılar Əl-Xəlil məscidində və ya Fələstindəki digər məscidlərdə azanı qadağan edəndə heç bir şey söyləmədi", o deyib.