Hizbullah ABŞ-ın təzyiqlərinə baxmayaraq Livanda siyasi boşluğa şərait yaratmayacağını bildirib

Bu hökumət qalacaq və ona iş görmək üçün fürsət, vaxt və dəstək vermək lazımdır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 13:46

ABŞ-ın və digər dövlətlərin Livanda siyasi proseslərə mənfi təsiri və təzyiqərinə baxmayaraq, Hizbullah heç vaxt siyasi boşluğun yaranmasına şərait yaratmayacaq. İndi Livan hökumətinin getməsi və ya istifa verməsi propaqandadır ki ABŞ-ın buradakı səfirinin arzularıdır. Bu hökumət qalacaq və ona iş görmək üçün fürsət, vaxt və dəstək vermək lazımdır.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Hizbullah hərəkatının baş katibinin müavini höccətül-islam Nəim Qasim deyib.

 

Livanda son siyasi, iqtisadi və təhlükəsizlik vəziyyətilə bağlı açıqlamalar verən Hizbullah rəsmisi ABŞ-ın Livan hökumətinə təzyiqlərindən, ölkəni yeni siyasi boşluğa sürükləməsi cəhdindən söz açıb və bildirib ki, Hizbullah öz növbəsində ölkədə hər hansı bir siyasi boşluğun yaranmasına şərait yaratmayacaq.

 

ABŞ-ın Livana qarşı iqtisadi baxımdan təzyiqlərinə toxunan N.Qasim hazırki vəziyyətdə Livana qarşı aparılan müharibənin iqtisadi olduğunu bildirib. O əlavə edib ki, “ölkəyə qarşı hərbi savaş da açılsa İsrail vəziyyətin 2006-cı ilki kimi olmadığını görəcək və ən çox zərər görən də o olacaq.”

 

Qeyd edək ki, son aylarda ABŞ hökuməti Hizbullah hərəkatının siyasi səhnədən uzaqlaşdırılması üçün Livan hökumətinə müxtəlif iqtisadi təzyiqlər göstərir.