İranda son sutka ərzində 188 nəfər COVID-19-dan vəfat edib

...İndiyədək xəstəlikdən 217 666 nəfər sağalıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 14:26

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 188 nəfər vəfat edib.

 

İnterAz-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 12 635 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa  2 397 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 255 117 nəfərə çatıb.

 

İndiyədək xəstəlikdən 217 666 nəfər sağalıb.

 

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 338 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.