BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

BMT, Yəməndəki münaqişə tərəflərinə beş illik böhranın həlli üçün saziş layihəsi təklif edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 14:37

BMT, Yəməndəki münaqişə tərəflərinə beş illik böhranın həlli üçün saziş layihəsi təklif edib. 

 

İnterAz-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin ofisindəki mənbə məlumat verib.

 

Məlumata əsasən, Qriffits sazişin mətnini Yəmən hökumətinə, Ənsarullah hərəkatına və Cənubi Keçid Şurasına təhvil verib.

 

Mətndə ölkənin bütün ərazisində atəşkəsin olmasına dair təklif, həmçinin Yəmən əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün humanitar və iqtisadi tədbirlər yer alıb.

 

BMT, eyni zamanda Yəməndə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizəyə də toxunub.

 

BMT, razılaşmanın həyata keçirilməsini kordinasiya etmək üçün birgə əməliyyat qərargahının yaradılmasını təklif edir.