Exit-poll: Duda ikinci dəfə Polşa prezidenti postuna seçilib

Andrzej Duda yenidən ikinci müddətə Polşa prezidenti seçilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2020, 10:02

Andrzej Duda yenidən ikinci müddətə Polşa prezidenti seçilib.

 

İnterAz RİA Novosti-yə istinadla xəbər verir ki, bunu "İpsos" sosioloji laboratoriyasının exit-poll məlumatları göstərir.

 

Araşdırmaya əsasən, prezident seçkilərinin ikinci turunda hakim Hüquq və Ədalət Partiyasından namizəd olan Duda 50.4 faiz səs toplayıb.

 

Beləlilə 49,6 faiz səs toplayan müxalifətçi "Vətəndaş Koalisiyası" birliyinin nümayəndəsi Rafal Tşaskovskini qabaqlayıb.