ABŞ-da 17 ildən sonra ilk dəfə federal məhkum edam ediləcək

...addımın əsasən simvolik əhəmiyyəti var, hazırda yalnız 60 federal məhbus ölüm hökmünü gözləyir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2020, 10:24

ABŞ-da 17 ildə ilk dəfə bu gün federal məhkumun edamı keçiriləcək, məhkəmənin son anda qərarın təxirə salınmasına qərar verməsə edam baş tutacaq.

 

İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, addımın əsasən simvolik əhəmiyyəti var, hazırda yalnız 60 federal məhbus ölüm hökmünü gözləyir. Edamların böyük əksəriyyəti ayrı-ayrı ştatlar tərəfindən həyata keçirilir.

 

Bir il əvvəl baş prokuror Vilyam Barr, federal hakimiyyət orqanlarının qurbanların ailələrinə təsəlli vermək istədikləri üçün edamları bərpa edəcəyini açıqlayıb.