Səudiyyə Yəmənin Həcca əyalətinə aviazərbələr endirib, 8 qadın və uşaq ölüb

Səudiyyə Ərəbistanın hərbi koalisiyasının təyyarələri Yəmənin Həcca əyalətinə hava zərbələri endirib. 11 mülki şəxs ölüb və yaralanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2020, 10:38

Səudiyyə Ərəbistanın hərbi koalisiyasının təyyarələri Yəmənin Həcca əyalətinə hava zərbələri endirib. 11 mülki şəxs ölüb və yaralanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının ötən gün Yəmənin Həcca əyalətində Vaşha rayonuna endirdiyi hava zərbələri nəticəsində 6-sı uşaq və ikisi qadın olmaqla 8 nəfər həyatını itirib.

 

Daha üç nəfər yaralanıb.

 

Məlumata görə mənzil husi komandirlərinin birinin mənzilidir. Ölən qadın və uşaqların adları yeri qurumlar tərəfindən dərc edilib.

 

Bu arada Yəmən paytaxtından Səudiyyə Ərəbistanın cənubuna iki ballistik raket və 6 PUA ilə hücum edilib. Səudiyyə Ərəbistanı koalisiyası bəyan edib ki, havadan müdafiə sistemləri bu hücumun qarşısını alıb.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanın və rəhbərlik etdiyi hərbi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.