Əfqanıstanın şimalında şiddətli partlayış törədilib, onlarla ölən və yaralı var

Əfqanıstanın Səmənqan əyalətində Kəşfiyyat İdarəsi qarşısında şiddətli partlayış törədilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2020, 13:09

Əfqanıstanın Səmənqan əyalətində Kəşfiyyat İdarəsi qarşısında şiddətli partlayış törədilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Səmənqan əyalətinin inzibati mərkəzi Aybək şəhərində Kəşfiyyat İdarəsi qarşısında şiddətli partlayış törədilib.

 

Terror aktının minalanmış maşının partladılması ilə həyata keçirildiyi deyilir.

 

Səhiyyə mənbələrinin ilkin məlumatına görə xəstəxanaya azı 43 ölü və yaralı çatdırılıb.

 

Taliban hücumun məsuliyyətini öhdəsinə götürüb.