Putin Rusiyada koronavirusdan ölüm hallarının digər ölkələrə nisbətən daha az olduğunu açıqlayıb

...İşimizin effektivliyinin əsas göstəricilərindən biri ölüm hallarının az olmasıdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2020, 13:15

Rusiya Prezidenti Vladimir Putin, digər ölkələrə nisbətən Rusiyada koronavirusdan ölüm hallarının daha az olduğunu bildirib.

 

İnterAz bu barədə TASS-a istinadən xəbər verir.

 

 “İşimizin effektivliyinin əsas göstəricilərindən biri ölüm hallarının az olmasıdır. Rusiyada koronavirusdan ölüm halları aşağıdır, səhiyyə sistemi inkişaf etmiş Avropa ölkələri də daxil olmaqla bir çox digər ölkələrə nisbətən daha azdır”, dövlət başçısı Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında deyib.

 

Putin qeyd edib ki, Rusiyada hazırda hər gün 300 mindən çox vətəndaş testdən keçir.

 

“11 iyul tarixinə 170377-dən çox xüsusi çarpayı hazırlanıb, hazırda onlardan yalnız 66 faizi təyin olunmuş məqsədlər üçün istifadə olunur”, o deyib.