Forbes "Amazon" rəhbərinin keçmiş həyat yoldaşını ABŞ-ın ən varlı qadını adlandırıb

"Amazon" şirkətinin baş direktoru Jeff Bezosun keçmiş arvadı Makkenzi "Forbes" jurnalının versiyasına görə ABŞ-ın ən varlı qadını olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2020, 13:36

"Amazon" şirkətinin baş direktoru Jeff Bezosun keçmiş arvadı Makkenzi "Forbes" jurnalının versiyasına görə ABŞ-ın ən varlı qadını olub.

 

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, cütlük 2019-cu ildə boşanıb. Evlilik müqaviləsinin ləğvi nəticəsində Makkenzi Bezos "Amazon"dan 4 faiz pay alıb.

 

Bir il əvvəl onun payı təxminən 38.3 milyard dollar dəyərində idi, mütəxəssislər koronavirus pandemiyası səbəbindən şirkətin səhmlərinin kəskin şəkildə yüksəldiyini bildirib.

 

Yayılan hesablamalara görə, Bezosun keçmiş həyat yoldaşının 62,3 milyard dollar dəyərində sərvəti var.