İranda son sutkada 200-dən çox insan pandemiyanın qurbanı olub

...İranda daha 203 nəfər koronavirusun qurbanı olub.

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2020, 14:02

İranda daha 203 nəfər koronavirusun qurbanı olub.

 

İnterAz IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

 

Məlumata görə, İranda ümumilikdə 13 032 nəfər pandemiyanın qurbanı olub.

 

Son sutkada daha 2 349 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 259 652-yə yüksəlib.

 

Məlumatda həmçinin 3 375 nəfərin ağır vəziyyətdə olduğu, 222 539 nəfərin isə sağaldığı vurğulanıb.