Rusiyada son sutkada 6,5 mindən çox insan koronavirusa yoluxub

...Rusiyada koronavirusla müalicə olunan insanların ümumi sayı 504,021-ə çatıb

Bakı, , İnteraz - 13 Iyul 2020, 15:17

Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 537 nəfər artıb.

 

İnterAz-ınGazeta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə COVID-19-un yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahı məlumat yayıb.

 

Qərargahdan verilən məlumata görə, 84 bölgədə koronavirusa yoluxmada yeni hallar qeydə alınıb. Eyni zamanda, ölkədə son 24 saat ərzində 2960 nəfər xəstəxanadan çıxıb.

 

Rusiyada koronavirusla müalicə olunan insanların ümumi sayı 504,021-ə çatıb.

 

Ümumilikdə, ölkədə 733,699 koronavirusa yoluxma qeydə alınıb.