Lukaşenka koronavirusa yoluxduğunu açıqlayıb

Belarusiya Prezidenti Aleksandr Lukaşenko koronavirus xəstəliyi keçirdiyini bildirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyul 2020, 09:56

Belarusiya Prezidenti Aleksandr Lukaşenko koronavirus xəstəliyi keçirdiyini bildirib. 

 

"Səsimə görə üzr istəyirəm. Son vaxtlar çox danışmaq məcburiyyətində qalıram. Ancaq ən təəccüblüsü budur ki, bu gün qarşısınızda ayaqüstü koronavirusa yoluxub sağalan insan görüşürsən. Dünən həkimlər belə bir nəticəyə gəldilər. Asimptomatik daşıyıcı", Lukaşenko çıxışında bildirib.

 

İnterAz "İnterfaks"a istinadla xəbər verir ki, o qeyd edib ki, ölkə əhalisinin 97 faizi bu xəstəliyi asemptomatik keçirir.

 

"Allaha şükür ki, bu asimptomatik kateqoriyaya mən də düşə bildim. Nəhayət, mən də bu virusa yoluxaraq Balarusiyanın qızıl fonduna düşdüm", Lukaşenka əlavə edib.