Ayətullah Xamneyi: Həcc müsəlman ümmətinin qüdrət və qabiliyyətinin nümayişidir

Həcc müsəlman ümmətinin qüdrət və qabiliyyətinin nümayiş etdirilməsidir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyul 2020, 14:12

Həcc müsəlman ümmətinin qüdrət və qabiliyyətinin nümayiş etdirilməsidir.

 

İnterAz İRNA-ya istinadla xəbər verir ki, bunu İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi  Həcc ziyarətinin başlaması ilə əlaqədar dindarlara müraciətində bildirib.

 

Həcc mərasiminin faydalarından danışan Ayətullah bildirib ki, Həcc ziyarəti İslam dünyasının bugünkü çağırışları fonunda böyük əhəmiyyət kəsb edir.

 

"Bu ayin müqəddəs Quranın himayəsi altında birlik yaratmaqda ilahi aləmin taleyüklü atributudur və möminləri fəsad və zülmdən xilas etməyi nəzərdə tutur.

 

Bu il, koronavirusun başlaması səbəbiylə Həcc ziyarəti üçün şərtlər kəskin şəkildə dəyişib, möminlər Həcc ziyarətinə gedə bilmədikləri üçün çox kədərlənib və məyus olublar.

 

Ancaq Allahın izni ilə bu məhdudiyyətlər uzun sürməyəcək.

 

Bu reallıqdan dərs almaq lazımdır, bu möminlərə Həccin müsəlmanlar üçün əhəmiyyətini və onların həyatına təsirini daha yaxşı dərk etməyə kömək edəcək", o bildirib.