İranda koronavirusa yoluxanların sayı 300 mini keçib

...Nazirlik rəsmisi İranda indiyədək 261 200 nəfərin koronavirusdan sağaldığını deyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyul 2020, 14:31

İranda ötәn sutka әrzindә daha 226 nəfərin koronavirusdan (COVID-19) ölməsi öz təsdiqini tapıb.

 

İnterAz-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 16 569 nəfərə yüksəlib.

 

Sadat Lari әlavә edib ki, İranda ötən 24 saat ərzində daha 2 621 nəfər koronavirusa yoluxub. Beləliklə bu virusa yoluxanların sayı 301 530 nəfərə çatıb. Virus daşıyıcılarından 4 041 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Nazirlik rəsmisi İranda indiyədək 261 200 nəfərin koronavirusdan sağaldığını deyib.

 

Sadat Lari bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Fars, Şərqi Azərbaycan, Ərdəbil, İsfahan, Əlborz, İlam, Rəzəvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Lorestan və Hörmüzqan vilayətləri qırmızı zonalardır.

 

İranda indiyәdәk 2,43 milyondan çox diaqnoz testi hәyata keçirilib.