Həsən Ruhani: İran koronavirusun pik həddini keçib

...O, koronavirusa qarşı mübarizədə tibb işçilərinin fədakarlığını yüksək qiymətləndirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyul 2020, 15:02

İran koronavirusun pik həddini keçib.

 

İnterAz-ın IRNA-ya istinadla verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani ölkənin şimalındakı Mazandaran əyalətində ağac emalı müəssisəsinin açılışı münasibətilə video-konfrans formatında keçirilən iclasda açıqlayıb.

 

Onun sözlərinə görə, ikisi istisna olmaqla ölkənin bütün əyalətlərində virusun pik həddi keçib. 

 

"Koronavirus pandemiyası ilə mübarizə üçün ölkədə düzgün müalicə metodlarından istifadə edilir", deyə prezident vurğulayıb.

 

O, koronavirusa qarşı mübarizədə tibb işçilərinin fədakarlığını yüksək qiymətləndirib.

 

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 16 300 nəfərdən çoxdur.