Belarus XİN-də Rusiya və Ukrayna diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşlər keçirilib

...Görüşdə Belarusda Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı vəziyyət müzakirə edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyul 2020, 15:29

 Belarus Xarici İşlər Nazirliyində Rusiya və Ukraynanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə Belarusda Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı vəziyyət müzakirə edilib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə  nazirliyin mətbuat katibi Anatoli Qlaz məlumat verib.

 

"Görüşlər başa çatıb. Növbə ilə Rusiyanın Belarusdakı səfiri Dmitri Fedoroviç Mezentsev və Ukraynanın müvəqqəti işlər vəkili, xarici qurum rəhbərinin səlahiyyətlərini icra edən Pyotr Vrublevski Xarici İşlər Nazirliyinə dəvət edilib", Qlaz bildirib.

 

Belarus Xarici İşlər Nazirliyi görüşlərin yekunlarına dair açıqlama yayıb.

 

Qeyd edilir ki, hər iki ölkədə vəziyyətin sabitliyinin pozulmasının qarşısını almaq üçün Belarus və Ukrayna birgə sərhədində yoxlama rejimini gücləndirəcək.