Avstraliyada yoluxma və ölüm sayında rekord qeydə alınıb

...Avstraliyada son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 744 nəfər artıb, 13 nəfər COVID-19 qurbanı olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyul 2020, 15:42

Avstraliyada son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 744 nəfər artıb, 13 nəfər COVID-19 qurbanı olub. Bu isə pandemiya başlayandan bəri ölkədə gündəlik yoluxma və ölüm hallarının sayı baxımından rekorddur.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, ötən gün ərzində Avstraliyanın ikinci ən sıx bölgəsi olan Viktoriya ştatında rekord sayda – 723 yeni yoluxma aşkar edilib. 18 nəfər Yeni Cənubi Uels, 3 nəfər Kvinslend ştatında koronavirusa yoluxub. Ölkədə yoluxanların ümumi sayı 16 295 nəfərə çatıb. COVID-19 qurbanlarının ümumi sayı isə 189 nəfər olub. Virusa yoluxanların 60%-i, yəni 9 619 nəfər sağalıb. Ölkədəki xəstəxanalarda 323 xəstə var, ancaq onlardan yalnız 46-sı reanimasiya şöbələrinə yerləşdirilib, 5 977 xəstə ambulator müalicə alır. 4 milyondan çox insan koronavirus testindən keçib.

 

İyunun 17-dən etibarən ölkədə yoluxma hallarının sayında artım qeydə alınır, qitənin ən böyük şəhərləri olan Melburn və Sidneydə bir neçə yeni ocaq yaranıb. İnzibati mərkəzi Melburn olan Viktoriya ştatında infeksiyanın yayılması regionda yeni sanitar-epidemioloji məhdudiyyətlərin tətbiq olunmasına və giriş-çıxışın qadağan olunmasına gətirib çıxarıb.