Tramp prezident seçkisinin keçirilmə tarixinin dəyişdirilməsini istəyib

ABŞ prezidenti Donald Tramp prezident seçkisinin keçirilmə tarixinin dəyişdirilməsini tələb edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyul 2020, 17:39

ABŞ prezidenti Donald Tramp prezident seçkisinin keçirilmə tarixinin dəyişdirilməsini tələb edib.

 

İnterAz xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.

 

Onun sözlərinə görə, 2020-ci ildə poçt vasitəsi ilə səsvermə zamanı saxtakarlıq halları baş verə bilər: “Seçicilərin daha sakit və təhlükəsiz şəraitdə səsverməsi üçün seçkini təxirə salmaq olar?”.

 

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkisi bu ilin noyabrın 3-də keçiriləcək. Hakim Respublikaçılar Partiyasının namizədi Donlad Tramp, müxalif Demokratlar Partiyasının namizədi isə sabiq vitse-prezident Cozef Baydendir.

 

Xatırladaq ki, koronavirusa yoluxma sayına görə ABŞ dünyada birinci yerdədir. Ölkə üzrə 4,5 mln nəfər virusa yoluxub, infeksiyadan 154 minə yaxın pasiyent ölüb, 2,2 mln nəfər sağalıb.