Ayətullah Xamenei bayram müraciətində pandemiya şəraitində məhərrəmlik mərasimləri barədə danışıb

...Əzadarlıq yalnız və yalnız koronavirus ilə mübarizə komitəsinin müəyyən etdiyi qaydalar əsasında keçirilməlidir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Iyul 2020, 13:59

Ayətullah Xamenei Qurban bayramı ilə əlaqədar televizya vasitəsi ilə xalqa müraciət edib.

 

İnterAz xəbər verir ki, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei xalqa müraciətində ABŞ-la danışıqlar məsələsinə toxunaraq bunun faydasız olduğunu bildirib.

 

 “Ölkəyə nüvə enerjisi zəruridir və bunu heç nə ilə dəyişmək olmaz. Hərçənd Nüvə anlaşması zamanı bu sahədə ölkəyə ciddi zərərlər vuruldu"

 

Ayətullah həmçinin pandemiya şəraitində məhərrəmlik mərasimlərinin necə keçiriləcəyinə toxunub.

 

“Əzadarlıq yalnız və yalnız koronavirus ilə mübarizə komitəsinin müəyyən etdiyi qaydalar əsasında keçirilməlidir. Bunu təkidlə vurğulamaq istəyirəm. Mən özüm də müəyyən olunmuş qaydalara tabe oluram. Bu komitə nə desə, elə də olmalıdır