İranda daha 197 nəfər koronavirusdan ölüb

...İndiyədək xəstəlikdən 263519 nəfər sağalıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Iyul 2020, 14:46

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 197 nəfər vəfat edib.

 

İnterAz-ın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 16 766 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2 674 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 304204 nəfərə çatıb.

 

İndiyədək xəstəlikdən 263519 nəfər sağalıb. Virus daşıyıcısı olan 4021 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.