ÜST pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimini uzadıb

...bu barədə ÜST-nin fövqəldə vəziyyət üzrə Komitəsi ötən gün Cenevrədə keçirilən iclasın yekunları üzrə bəyan edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Avqust 2020, 07:23

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti üç ay müddətinə uzadıb.

 

İnterAz-ın"TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-nin fövqəldə vəziyyət üzrə Komitəsi ötən gün Cenevrədə keçirilən iclasın yekunları üzrə bəyan edib.

 

Bildirilir ki, Komitə föqəladə vəziyyət rejiminin uzadılması üzrə tövsiyəsini ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusa təqdim edib və o, bununla razılaşıb.

 

Qeyd edilir ki, bununla əlaqədar ÜST-nin baş direktorunun qərarı ilə üç ay müddətində komitənin yenidən iclası baş tutacaq.