ABŞ Rusiya əleyhinə sanksiyaların ləğvi üçün şərtlərini açıqlayıb

Rusiya tərəfi "xaricdəki təcavüzdən çəkinərsə" ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına ehtiyac qalmayacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Avqust 2020, 13:50

Rusiya tərəfi "xaricdəki təcavüzdən çəkinərsə" ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına ehtiyac qalmayacaq.

 

İnterAz xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn açıqlayıb.

 

"Tramp Rusiya ilə münasibətlərdə yeni yol axtarışındadır. Belə bir yol ki, Rusiya xaricdəki təcavüzdən çəkinəcək və ABŞ ilə Avropanın dost tərəfdaşı olacaq. Belə bir dünyada Rusiyaya qarşı sanksiyalara ehtiyac qalmazdı", Obrayn "The Washington Post" qəzeti üçün yaxdığı məqalədə qeyd edib.

 

Onun fikrincə belə bir şəraitdə Rusiya ilə ABŞ arasında ticarət sahəsi də çiçəklənəcək.

 

O qeyd edib ki, bütün dünya belə bir münasibətdən bəhrələnər.