KİV: Dünyanın ən zəngin ölkələri kütləvi şəkildə COVID-19 peyvəndi alır

...Onlar 1,3 milyard dozdan çox peyvənd almaq üçün müqavilələr imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Avqust 2020, 17:29

 Dünyanın ən varlı ölkələri koronavirus peyvəndi əldə etmək üçün hərəkətə keçib. Onlar 1,3 milyard dozdan çox peyvənd almaq üçün müqavilələr imzalayıb.

 

İnterAz Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

"Airfinity" şirkətinin analitiklərinin fikrincə, ABŞ, İngiltərə, Yaponiya və Avropa Birliyi ölkələri bu siyahıdadır.

 

Analitiklərin fikrincə, onlar hələ yekunlaşmayan sövdələşmələr sayəsində  daha 1,5 milyard vaksin almaq niyyətindədirlər.

 

Mütəxəssislər, belə "aqressiv satınalmaların" peyvəndi almaq üçün növbədə sonuncu ola biləcək digər ölkələr üçün təhlükə yaradacağından ehtiyat edir.

 

Agentliyin məlumatına görə, ABŞ və Böyük Britaniya "Sanofi" və "GlaxoSmithKline Plc", Yaponiya isə "Pfizer" ilə müqavilə bağlayıb.