İtaliyada son iki ay ərzində COVID-19-a ən yüksək yoluxma həddi qeydə alınıb

...İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 402 nəfər artıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 07 Avqust 2020, 09:14

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 402 nəfər artıb.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Bu, 518 yeni yoluxma halının aşkarlandığı 5 iyun tarixindən bəri maksimal sutkalıq artımdır.

 

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 6 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 35 187 nəfərə çatıb. Ölkə xəstəxanalarında hazırda 762 koronaviruslu xəstə var, onlardan 42-si intensiv terapiya şöbəsindədir. Bütün pandemiya dövrü ərzində yoluxmuş 249 204 nəfərdən 201 323 nəfər sağalıb.