Dünyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

...İndiyədək 12 996 871 nəfər koronavirusdan sağalıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Avqust 2020, 08:53

Dünyada koronavirusa yoluxanların ümumi sayı 20 173 864 nəfərdir, 736 307 xəstə dünyasını dəyişib.

 

İnterAz bildirir ki, bu barədə “worldometers”də məlumat verilib.

 

Hazırda bütün dünyada 6 440 686 aktiv koronavirus xəstəsi var ki, onlardan da 64 740-nın vəziyyəti ağır qiymətləndirilir.

 

İndiyədək 12 996 871 nəfər koronavirusdan sağalıb.