Seçkidə Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Litvadadır

...Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Litvadadır

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 11 Avqust 2020, 10:15

Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Litvadadır.

 

İnterAz-ın xəbərinə görə, bu barədə Litvanın Xarici İşlər nazir Linas Linkeviçius "Twitter"də bildirib.

 

"Svetlana Tixanovskaya təhlükəsizlikdədir. O, Litvadadır", - XİN başçısı qeyd edib.

 

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

 

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar olub.