"Lotu Quli" İstanbulda dəfn olunub

...Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov bu gün İstanbulda dəfn edilib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 21 Avqust 2020, 15:50

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov bu gün İstanbulda dəfn edilib.

 

İnterAz-ın məlumatına görə, Nadir Səlifov İstanbulun Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb.

 

Qeyd edək ki, avqustun 20-da Türkiyənin Antalya şəhərində yaxın adamı, “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən başından güllələnərək öldürülüb.

 

Qətllə bağlı X. Zeynalov və daha bir nəfər Türkiyə polisi tərəfindən saxlanılıb.