Suriyanın Afrin şəhərində baş verən partlayışda ölənlərin sayı 9-a çatıb

Suriyanın şimalında Türkiyənin dəstəklədiyi birləşmələrin nəzarətində olan Afrin şəhərində törədilən partlayışda ölənlərin sayı 9-a çatıb. SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Afrində səhiyyə mənbələri məlumat veriblər. Bildirilib ki, ötən gün şəhərdə törədilən terror partlayışında ölənlərin sayı 9-a çatıb. Bu terror hücumunda 43 nəfər müxtəlif dərəcələrdə yaralanıblar. Hücumu hələ heç bir qrup üzərinə götürməyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Sentyabr 2020, 16:46

 Suriyanın şimalında Türkiyənin dəstəklədiyi birləşmələrin nəzarətində olan Afrin şəhərində törədilən partlayışda ölənlərin sayı 9-a çatıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Afrində səhiyyə mənbələri məlumat veriblər.

 

Bildirilib ki, ötən gün şəhərdə törədilən terror partlayışında ölənlərin sayı 9-a çatıb.

 

Bu terror hücumunda 43 nəfər müxtəlif dərəcələrdə yaralanıblar.

 

Hücumu hələ heç bir qrup üzərinə götürməyib.