Dünyada COVID-19-a yoluxma nəticəsində azı 366 jurnalist ölüb

2020-ci il mart ayının əvvəlindən etibarən koronavirusa yoluxma (COVID-19) səbəbindən 47 ölkədən azı 366 jurnalist ölüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Sentyabr 2020, 17:18

2020-ci il mart ayının əvvəlindən etibarən koronavirusa yoluxma (COVID-19) səbəbindən 47 ölkədən azı 366 jurnalist ölüb.

 

İnterAz-ın məlumatına görə, bunu "Press Emblem Campaign" (PEC) jurnalist beynəlxalq təşkilatının baş katibi Blez Lempen Cenevrədə İnsan Hüquqları Şurasının 45-ci iclasının açılışında deyib.

 

Onun sözlərinə görə, bu yaxınlarda, xüsusən Hindistanda pandemiya səbəbiylə media işçiləri arasında ölümlərdə kəskin artım müşahidə edilib.

 

Lempen İnsan Hüquqları Şurasının 47 üzv dövlətini jurnalistlərin səhhətinin qorunması üçün addımlar atmağa çağırıb.