Ərəb dövlətlərinin Təl-Əvivlə sazişi fonunda Qəzzadan İsrailə raket atılıb

...BƏƏ və Bəhreynin İsraillə əlaqələrin rəsmiləşdirilməsi sazişini imzalaması fonunda Qəzzadan Aşkelon və Aşdoda raket atılıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 16 Sentyabr 2020, 10:02

 BƏƏ və Bəhreynin İsraillə əlaqələrin rəsmiləşdirilməsi sazişini imzalaması fonunda Qəzzadan Aşkelon və Aşdoda raket atılıb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, Qəzzada olan Fələstin hərəkatları o cümlədən “Səraya əl-Qüds” İsrailin raket zərbələrinə cavab olaraq Aşkelon və Aşdod şəhərlərini hədəfə aldığını bildiriblər.

 

“Səraya əl-Qüds” bildirib ki, bu addım İsrailin Qəzzaya təcavüz etməsinə cavab olaraq atılıb.

 

Eyni zamanda İsrail mənbələri ötən gecə Qəzzadan atılan raketlər nəticəsində Aşkelon və Aşdod şəhərləri ərazisində 7 nəfərin yaralandığını bildiriblər.

 

Qeyd edək ki, BƏƏ və Bəhreynin ötən gün Vaşinqtonda İsraillə əlaqələri rəsmiləşdirməklə bağlı imzaladıqları saziş ərəb və müsəlman dünyasında böyük etirazlara səbəb olub.