Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 196-ya çatıb

...31 pasiyent sağalıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 10:12

Gürcüstanda son sutkada daha 196 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 31 pasiyent sağalıb.

 

İnterAz xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

 

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlananların sayı 2 758-ə, sağalanların sayı isə 1 412-yə çatıb. Xəstəlik səbəbindən 19 nəfər dünyasını dəyişib.

 

Hazırda 6 633 nəfər karantində, 836 nəfər isə tibbi nəzarətdə saxlanılır.