İran prezidenti BƏƏ və Bəhreynin İsraillə saziş imzalamasına münasibət bildirib

...Həsən Ruhani iki ərəb dövlətinin İsraillə əlaqələrin rəsmiləşdirilməsi sazişini imzalamasını kəskin tənqid edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 10:55

“Onlar İsraillə əlaqələri rəsmiləşdirdilər. Siz iddia edirdiniz ərəbsiz. Bəs ərəb qanınız hara getdi?! Fələstində hər gün cinayət törədilir və indi siz necə İsrailə əl uzadırsınız?!”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin toplantısında deyib.

 

Həsən Ruhani iki ərəb dövlətinin İsraillə əlaqələrin rəsmiləşdirilməsi sazişini imzalamasını kəskin tənqid edib.

 

Həsən Ruhani iki ərəb dövləti hakimiyyətlərini ərəb millətinin məsələlərinə laqeyd yanaşmaqda ittihamlandırıb.

 

“İndi siz bölgədə İsrailə qərargah verəsiz?! Bilin ki bu işin mənfi nəticələrinin məsuliyyəti sizin boynunuzdadır”, deyə Həsən Ruhani xəbərdarlıq edib.