HƏMAS ərəb dövlətlərinin İsraillə sazişinə münasibət bildirib: İmza atılan kağıza da dəyməz

BƏƏ, Bəhreyn və İsrail arasında əlaqələrin rəsmiləşdirilməsi sazişi imzanın atıldığı kağız qədər də dəyiri yoxdur...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 11:32

“BƏƏ, Bəhreyn və İsrail arasında əlaqələrin rəsmiləşdirilməsi sazişi imzanın atıldığı kağız qədər də dəyiri yoxdur. Bizim xalqımız mübarizəsində israrlıdır və məqsəd bütün hüquqların qaytarılması və bərpasıdır. Bu sazişlərə hələ olmamış kimi baxırıq.”

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Hazim Qasim rəsmi twitter səhifəsində yazıb.

 

BƏƏ, Bəhreyn və İsrail arasında əlaqələrin rəsmiləşdirilməsi sazişinin imzalanmasına münasibət bildirən HƏMAS rəsmisi, bu sazişin imzanın atıldığı kağız dəyərində də olmadığını bildirib.

 

Qeyd edək ki, Fəth hərəkatının rəsmisi Munir əl-Cağub da rəsmi twitter səhifəsində bu sazişə münasibət bildirib.

 

Sazişi münaqişənin həlli üçün əhəmiyyətsiz hesab edən Fəth rəsmisi bildirib ki, “elə sülhün və savaşın hər ikisi Fələstindən başlayır.”

 

Qeyd edək ki, BƏƏ, Bəhreyn və İsrail arasında əlaqələrin rəsmiləşdirilməsi sazişi ərəb və müsəlman dünyasında böyük etirazlara səbəb olub.