Navalnının qan nümunələrində "Noviçok" tapılıb

...Aleksey Navalnının nümunələrini araşdıran İsveç Müdafiə Tədqiqat İnstitutunun (FOI) əməkdaşı Osa Skott bildirib ki, qanda aşkar edilənlər onun "Noviçok" qrupundan olan maddə zəhərləndiyinə işarə edir

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 16 Sentyabr 2020, 12:56

Aleksey Navalnının nümunələrini araşdıran İsveç Müdafiə Tədqiqat İnstitutunun (FOI) əməkdaşı Osa Skott bildirib ki, qanda aşkar edilənlər onun "Noviçok" qrupundan olan maddə zəhərləndiyinə işarə edir.

 

İnterAz "RİA Novosti"yə istinadən xəbər verir ki, amma bununla belə o heç bir dəlil gətirməyib.

 

"Spiegel" qəzeti yazır ki, Bundesver laboratoriyasında Navalnının orqanizmində zəhər aşkar edildikdən sonra Almaniya onun qan nümunəsini Umeå şəhərində yerləşən instituta göndərib.

 

İnstitutun kimyəvi, bioloji və radioaktiv maddələr şöbəsinə rəhbərlik edən Skott bildirib:

 

"Cənab Navalnının nümunələrində "Noviçok" qrupundan maddənin olduğunu birmənalı şəkildə təsdiq edə bilərik. "Noviçok" qrupundakı neyrotoksinlər son dərəcə zəhərlidir. Bir damlası belə öldürə bilər".