Əfqanıstanın şimalında Taliban ordu qüvvələrinə hücum edib, azı 9 ölü var

...Bu hücumda 9 ordu və təhlükəsizlik qüvvəsi ölüb və 20 nəfər yaralanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 13:28

 Əfqanıstanın Künduz əyalətində Taliban ordu qüvvələrinə hücum edib, ölənlər var.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Əfqanıstanın Künduz əyalətinin Dəşt-Ərçi rayonu Taliban silahlılarının hücumunun şahidi olub.

 

Bu hücumda 9 ordu və təhlükəsizlik qüvvəsi ölüb və 20 nəfər yaralanıb.

 

Taliban hələ Künduzun ən təhlükəli rayonu olan Dəşt-Ərçidə həyata keçirilən hücum haqda mövqe bildirməyib.

 

Qeyd edək ki, bu hücum hökumətlə hərəkatın Qətərdə aparılan danışıqları ilə eyni zamana təsadüf edir.

 

Sözügedən Əfqanıstandaxili danışıqların başlaması üçün tərəflər bir-birinin 6 min məhbusunu azad ediblər.