İran Trampın təhdidindən sonra BMT-ə xəbərdarlıq məktubu ünvanlayıb

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi ABŞ-ın düşünülməmiş addımları barədə BMT-ə məktub ünvanlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 14:42

 İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi ABŞ-ın düşünülməmiş addımları barədə BMT-ə məktub ünvanlayıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İranın BMT-dəki nümayəndəsi Məcid Təxt-Rəvançi baş katib Antonio Qutterreşə Trampın təhdidilə bağlı məktub ünvanlayıb.

 

İran nümayəndəsi ABŞ-ın beynəlxalq qanunları kobudcasına pozaraq və BMT qərarlarına məhəl qoymayaraq Qasim Süleymanini terror etməsi haqda, habelə sonuncu dəfə İranı yenidən təhdid etməsi haqda xəbərdarlıq edib.

 

İran rəsmi nümayəndəsi bildirib ki, “ABŞ atacağı hər bir düşünülməmiş addımda birbaşa məsuliyyət daşıyacaq”

 

Qeyd edək ki, bundan öncə Donald Tramp iddia edib ki, İran ABŞ-ın Cənubi Afrikadakı səfirini öldürmək istəyib. Tramp bildirib ki, "əgər İran bunu etsə ABŞ min qat əvəzini çıxacaq."