AK Avropa Səhiyyə Birliyi yaratmağı təklif edib

Avropa Komissiyası (EC) Avropa Səhiyyə Birliyi yaratmaq təklifi ilə çıxış edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 14:50

 Avropa Komissiyası (EC)  Avropa Səhiyyə Birliyi yaratmaq təklifi ilə çıxış edib. Bu sistem AB ölkələri üçün ortaq tibbi sistemin yaradılmasını nəzərdə tutur.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Parlamentinin iclasında Avropa Birliyindəki işlərin vəziyyətinə dair illik  çıxışında deyib.

 

"Dərmanların birgə yaradılması və paylanması, ortaq  tibbi sistemin formalaşdırılması məqsədi ilə  səhiyyə birliyi yaratmağı təklif edirik", o deyib.

 

Fon der Lyayenin çıxışının birinci hissəsi  pandemiya ilə bağlı vəziyyətə həsr edilib.